Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Bəyanatda qeyd olunub: “Netanyahunun məqsədi davam edən sülh danışıqlarını pozmaq və regionda öz ekspansionist siyasətini davam etdirməkdir. Əks halda o, öz ölkəsinin məhkəməsi qarşısında dayanacaq və, ehtimal ki, həbs cəzası alacaq”. Nazirlik vurğulayıb ki, Türkiyə günahsız mülki əhalinin müdafiəsi mövqeyində qalır.
Həmçinin bildirilib ki, israilli rəsmilərin Ərdoğana qarşı əsassız, təkəbbürlü və yalan ittihamlarla hücumları Türkiyənin bütün platformalarda ifadə etdiyi həqiqətlərin yaratdığı narahatlıq hissinin nəticəsidir.
Sevinc Əliyeva
Ordu.az