ABŞ ilə danışıqlarda iki və ya üç vacib məsələdə fikir ayrılığı yaranıb - İran XİN

2025/07/1753692734.jpg
Oxunub: 461     08:44     12 Aprel 2026    
İran və ABŞ bəzi məsələlərdə razılığa gəldilər.

Ordu.az-ın məlumatına görə, bu barədə İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai deyib.

O bildirib ki, lakin iki və ya üç vacib mövzuda fikir ayrılığı yaranıb.

"Bir sıra məsələlərdə qarşılıqlı anlaşma əldə edildi, lakin 2-3 vacib məsələdə fikir ayrılığı yaranıb və nəticədə danışıqlarda razılıq əldə olunmayıb", - deyə o bildirib.

Nazirlik rəsmisi əlavə edib ki, danışıqlarda Hörmüz boğazı kimi bəzi yeni mövzular əlavə edilib və onların hər birinin özünəməxsus mürəkkəbliyi var.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin