Ordu.az xəbər verir ki, bu barədə "Mehr" Xəbər Agentliyi Livanın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
"İsrailin Livanın cənubundakı Sayda vilayətində yerləşən Tuffah şəhərinə hava hücumu nəticəsində 8 nəfər şəhid olub, 9 nəfər yaralanıb", - nazirliyin məlumatında qeyd edilib.
Daha əvvəl cari ilin martın 2-dən bəri İsrailin hücumları səbəbindən Livanda 2 020 nəfərin həlak olduğu açıqlanmışdı.
Ordu.az