CENTCOM: ABŞ Hörmüz boğazında “minalardan təmizləmə hazırlıqlarına” başlayıb

2026/04/1775828532.jpg
Oxunub: 380     22:52     11 Aprel 2026    
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) qüvvələri Hörmüz boğazında “minalardan təmizləmə hazırlıqlarına” başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.

“ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki mina axtaran gəmi USS “Frank E. Peterson” (DDG 121) və USS “Michael Murphy” (DDG 112) Hörmüz boğazından keçərək Fars körfəzində əməliyyata başlayıb. Bu fəaliyyət boğazın minalardan tam təmizlənməsini nəzərdə tutan daha geniş missiyanın tərkib hissəsidir”, - deyə açıqlamada bildirilib.

Daha əvvəl “Axios” portalı ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus bir neçə gəminin şənbə günü İranın razılığı olmadan Hörmüz boğazından keçdiyini bildirmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: CENTCOM   ABŞ  


Bizi "telegram"da izləyin