“ABŞ-nin iki hərbi gəmisi Hörmüz boğazından keçib” - Heqset

2026/03/1773409534.jpg
Oxunub: 426     22:26     11 Aprel 2026    
Pentaqonun rəhbəri Pit Heqset ABŞ-nin iki hərbi gəmisinin Hörmüz boğazından keçdiyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“USS “Frank E. Petersen Jr.” (DDG 121) və USS “Michael Murphy” (DDG 112) Hörmüz boğazından keçərək daha geniş missiya çərçivəsində Fars körfəzində fəaliyyət göstərib ki, boğaz daha əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən yerləşdirilən dəniz minalarından tam təmizlənsin”, - deyə Heqset “X” sosial şəbəkəsində yazıb.

İranın dövlət televiziya və radio şirkəti isə ölkənin ali komandanlığındakı mənbəyə istinadən ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinin Hörmüz boğazını keçməsi ilə bağlı məlumatları təkzib edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Heqset  


Bizi "telegram"da izləyin