Makron Pezeşkiana bildirib ki, Hörmüz boğazının təhlükəsizliyinə dəstək verməyə hazırdır

2026/03/1773856960.jpg
Oxunub: 505     21:00     11 Aprel 2026    
Fransa prezidenti Emmanuel Makron şənbə günü İran prezidenti Məsud Pezeşkian ilə telefon danışığı zamanı bildirib ki, Fransa Hörmüz boğazında təhlükəsiz naviqasiyanın təmin olunmasına dəstək verməyə hazırdır.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Makronun açıqlamasına istinadən məlumat yayıb.

“İran tərəfindən gəmiçilik azadlığının təmin olunmasının və Hörmüz boğazında təhlükəsizliyin tezliklə bərpa edilməsinin vacibliyini vurğuladım və Fransa bu məsələdə dəstək verməyə hazırdır. Həmçinin atəşkəs rejiminin, o cümlədən Livanda tam şəkildə qorunmasının əhəmiyyətini qeyd etdim”, - deyə agentlik Makronun sözlərindən sitat gətirib.

Sevinc Əliyeva

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   Fransa  


Bizi "telegram"da izləyin