Bundestaqda Ukraynanın hərbi xidmət yaşında olan vətəndaşlarının müdafiə statusunun dəyişdirilməsi planı tənqid edilib

2026/06/1782557634.jpg
Oxunub: 197     14:48     27 İyun 2026    
Bundestaqın Avropa İttifaqı məsələləri komitəsinin sədri, “Yaşıllar” Partiyasının siyasətçisi Anton Hofrayter Avropa Komissiyasının Ukraynanın hərbi xidmət yaşında olan vətəndaşlarının müdafiə statusunun dəyişdirilməsi ilə bağlı planlarını tənqid edib.

Ordu.az xəbər verir ki, bu barədə o, RND nəşrinə müsahibəsində danışıb.

Hofrayter bildirib ki, hərbi xidmətə çağırış yaşında olan ukraynalıların artıq avtomatik olaraq Avropa İttifaqında müvəqqəti müdafiə statusu almaması düzgün yanaşma deyil.

“Mən vicdanına görə hərbi xidmətdən imtina etmək hüququnu müdafiə edirəm”, - deyə o bildirib.

Onun sözlərinə görə, heç kim öz əqidəsinə zidd olaraq döyüş əməliyyatlarında iştirak etməyə məcbur edilməməlidir.

Avropa Komissiyasında müzakirə olunan təklifə əsasən, Avropa İttifaqına gələn hərbi xidmət yaşında olan Ukrayna vətəndaşları əvvəlki kimi avtomatik müvəqqəti müdafiə statusu almayacaq, bunun əvəzinə sığınacaq üçün müraciət etməli olacaqlar.

Hofrayter bu təşəbbüsə qarşı çıxaraq ukraynalı qaçqınlara humanitar yanaşmanın və vicdanına görə hərbi xidmətdən imtina hüququnun qorunmasının vacibliyini vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bundestaq   Ukrayna  


Bizi "telegram"da izləyin