Şahbaz Şərif: "Pakistan ABŞ və İran arasında bundan sonra da vasitəçi qismində çıxış etməyə hazırdır"

2026/02/1770224103.jpg
Oxunub: 419     17:17     11 Aprel 2026    
Pakistanın Baş naziri Şahbaz Şərif İslamabadın ABŞ və İran arasındakı danışıqlarda bundan sonra da vasitəçi qismində çıxış etməyə hazır olduğunu bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Baş nazirin dəftərxanası onun şənbə günü İslamabadda İran nümayəndə heyətinin təmsilçiləri ilə danışıqlarının yekunlarına əsasən yaydığı məlumatda vurğulayıb.

"Baş nazir Şahbaz Şərif İranın İslamabad danışıqlarında iştirakına görə minnətdarlıq edib. O, regional və qlobal sülhün, eləcə də sabitliyin əldə olunmasına təkan vermək üçün Pakistanın vasitəçi rolunun icrasına davam etmək istəyini təsdiqləyib", - məlumatda qeyd edilib.

Vurğulanıb ki, görüş Pakistan tərəfindən xarici işlər naziri Məhəmməd İshaq Dar, ordunun qərargah rəisi Seyid Asim Münir, həmçinin daxili işlər naziri Seyid Möhsin Raza Nəqvinin iştirakı ilə keçirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şahbaz-Şərif   Pakistan  


Bizi "telegram"da izləyin