Rusiya qoşunları Odessaya hücum edib, ölən və yaralananlar var

2025/12/1765598652.jpg
Oxunub: 319     13:06     11 Aprel 2026    
2026-cı il aprelin 11-nə keçən gecə rus qoşunlarının Odessaya yönəlmiş zərbələri nəticəsində iki nəfər həlak olub, daha iki nəfər yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə şəhərin hərbi administrasiyasının rəhbəri Sergey Lisak məlumat verib.

Rəsminin sözlərinə görə, zərbələrin hədəfi mülki infrastruktur olub. Onlarla fərdi və çoxmənzilli ev, yataqxana, uşaq bağçası, qida obyektləri zərər görüb. Bundan əlavə, digər infrastruktur obyektlərinə də ziyan dəyib.

Fövqəladə Hallar Xidmətinin məlumatına görə, rus pilotsuz uçuş aparatlarının hücumu nəticəsində fərdi evlərdən birində yanğın baş verib. Yanğın söndürüldükdən sonra xilasedicilər iki meyit aşkar ediblər.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığı bildirir ki, 2026-cı il aprelin 11-nə keçən gecə rus hərbçiləri Ukraynaya 160 zərbə pilotsuz uçuş aparatı ilə hücum edib. Ukraynanın hava hücumundan müdafiə qüvvələri 133 pilotsuz uçuş aparatını məhv etməyə və ya zərərsizləşdirməyə nail olub. Ukrayna Silahlı Qüvvələrinin bəyanatında deyilir: “20 zərbə pilotsuz uçuş aparatının 10 müxtəlif əraziyə zərbəsi, həmçinin vurulmuş aparatların qalıqlarının 11 digər əraziyə düşməsi qeydə alınıb”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin