Ordu.az xəbər verir ki, bu barədə konqresmen Robert Qarsiya “X” sosial şəbəkəsində yazıb.
“O, nəzarətdən çıxıb və onun kabineti və ətrafındakı şəxslər Konstitusiyaya sadiq qalmalı və 25-ci düzəlişi tətbiq etməlidirlər. O, vəzifəsindən uzaqlaşdırılmalıdır”, - deyə Qarsiya bildirib.
Öz növbəsində, Senatın demokratlar üzrə lideri Çak Şumer ABŞ prezidentini “son dərəcə xəstə insan” adlandırıb.
“Hər bir respublikaçı ki, bu mənasız seçki müharibəsinə qarşı səs verməkdə bizə qoşulmaqdan imtina edir, baş verə biləcək bütün nəticələrə görə məsuliyyət daşıyır”, - deyə Şumer yazıb.
ABŞ prezidentinin keçmiş müttəfiqi Marjori Teylor Qrin də Trampı sərt tənqid edərək onun “bütün sivilizasiyanın məhvi” ilə bağlı paylaşımını “şər və dəlilik” kimi qiymətləndirib.
“25-Cİ DÜZƏLİŞ. Amerikaya heç bir bomba düşməyib. Biz bütöv bir sivilizasiyanı məhv edə bilmərik. Bu, şərdir və dəlilikdir”, - deyə o, “X” sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, amerikalı siyasətçiləri ABŞ prezidentinin “Truth Social” sosial şəbəkəsində İranla bağlı paylaşımı narahat edib. Həmin paylaşımda o, İran haqqında danışarkən “bütün bir sivilizasiyanın məhvini” istisna etməyib.
Sevinc Əliyeva
Ordu.az