82 faizlik mesaj: İspaniyada Tramp artıq siyasi fiqurdan çox qlobal risk kimi görülür

2026/04/1775581220.jpg
Oxunub: 587     21:02     07 Aprel 2026    
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, İrana atəşkəs təklifi verməyib. Tramp Ağ Evdə akkreditə olunmuş jurnalistlərə bildirib: “Qırx beş gündən kim danışır? Atəşkəsi yalnız mən elan edə bilərəm və mən atəşkəs elan etməmişəm”.

ABŞ prezidentinin bu “geri çəkilməsi” Qərb və İsrail mediasında yayılan məlumatlar fonunda səslənib. Həmin məlumatlara görə, “İran iki həftə ərzində ABŞ-nin təkliflərini araşdırdıqdan sonra vasitəçi ölkə Pakistan vasitəsilə bildirib ki, atəşkəs müqabilində Hörmüz boğazının açılması və digər məsələlər üzrə ABŞ ilə danışıqlara başlamaq təklifini qəbul etmir”.

İsrail mənbələrinə görə, İran “on maddədən ibarət əks təkliflər təqdim edib”. Məlum olub ki, Tehran Hörmüz boğazında “təhlükəsiz gəmiçilik üçün prosedur müəyyən edilməsini” tələb edir. Daha əvvəl İran bu məsələdə boğaz üzərində “öz səlahiyyətlərinin beynəlxalq səviyyədə tanınmasını” tələb etmişdi. Hazırda İranın ikinci əsas tələbi Livanda “Hizbullah”a qarşı İsrailin müharibəsinin dayandırılması ilə bağlıdır. İranın ABŞ-yə təqdim etdiyi digər səkkiz şərt hələlik açıqlanmayıb.

İran ətrafında gələcək hadisələrlə bağlı İsrailin təhlükəsizlik sisteminin “yüksək vəzifəli nümayəndələrindən biri” “Ynet” portalına bildirib ki, “hər şey partlayışla nəticələnə bilər, çünki Müctəba Xameneyi gözlənilən cavabı verməyib və İslam İnqilabı Keşikçiləri Korpusunu radikal mövqedən imtina etməyə razı salmaq mümkün deyil”.

ABŞ prezidentinin hansı qərarı verəcəyi sualına isə heç kim cavab verə bilmir. Bu fonda İspaniyanın “El Pais” nəşri sorğu keçirərək müəyyən edib ki, dünya liderləri arasında beynəlxalq sülh üçün ən böyük təhdid kimi kim görülür. Sorğuda iştirak edənlərin 82 faizi “ABŞ prezidenti Donald Tramp” cavabını verib. Bu isə çox ciddi siqnaldır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İspaniya   Tramp  


Bizi "telegram"da izləyin