Ordu.az "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, o, bu barədə yüksək rütbəli məhkəmə məmurlarının müşavirəsində bildirib.
"Siz edam və əmlakın müsadirə edilməsi ilə bağlı hökmlərin çıxarılmasını sürətləndirməlisiniz", - Ejei deyib.
Qəzet qeyd edir ki, fevralın 28-də ABŞ və İsrailin birgə əməliyyatı başlayandan bəri İran hakimiyyəti yanvar etirazları, eləcə də "müharibə zamanı düşmənə yardım etmə" ilə bağlı işlər çərçivəsində 7 nəfəri edam edib. Qəzetin məlumatına görə, daha onlarla insan barəsində ölüm hökmünün çıxarılması gözlənilir.
Ordu.az