ROKETSAN 20-yə yaxın sistemin təhvilini həyata keçirib

2026/04/Ekran-1775578311.jpg
Oxunub: 456     20:08     07 Aprel 2026    
ROKETSAN müxtəlif saylarda olmaqla 20-yə yaxın sistemin təhvilini həyata keçirib.

Ordu.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə ROKETSAN-ın yeni müəssisələrinin açılışı və təməlqoyma mərasimləri keçirilib.

Həmçinin ROKETSAN tərəfindən istehsal edilən sistemlərin təhvil verilməsi də həyata keçirilib. Türkiyə Silahlı Qüvvələrinə təhvil verilən sistemlər aşağıdakılardır:

TAYFUN raketi,
SİPER uzun mənzilli regional hava hücumundan müdafiə və raketdən müdafiə sistemi,
ATMACA gəmi əleyhinə raketi,
HİSAR-A aşağı hündürlükdə hava hücumundan müdafiə raketi,
HİSAR-O (orta hündürlük) RF hava hücumundan müdafiə raketi,
SUNGUR hava hücumundan müdafiə raket sistemi,
KARA ATMACA “yer-yer” qanadlı raketi,
ÇAKIR qanadlı raketi,
SOM qanadlı raketi,
T-107/122 yaylım atəşli reaktiv sistemi,
MAM-L mini ağıllı sursatı,
MAM-C mini ağıllı sursatı,
MAM-T ağıllı sursatı,
TEBER tuşşlama dəsti,
L-OMTAS lazerlə idarə olunan orta mənzilli tank əleyhinə silah sistemi,
OMTAS orta mənzilli tank əleyhinə silah sistemi,
CİRİT lazerlə idarə olunan raket,
LUMTAS lazerlə idarə olunan uzun mənzilli tank əleyhinə silah sistemi,
KARAOK portativ tank əleyhinə silah sistemi,
İHA-230 “hava-yer” ballistik supersəs raketi.


ROKETSAN-ın elmi-tədqiqat və təcrübə-konstruktor işləri investisiyaları

ROKETSAN-ın 7 mindən çox əməkdaşı var və onların 3 mindən çoxunu elmi-tədqiqat və təcrübə-konstruktor işləri heyəti təşkil edir. 4 elmi-tədqiqat mərkəzinə malik olan şirkət 2025-ci ildə 74 daxili resurslu elmi-tədqiqat layihəsi çərçivəsində 85 məhsul və texnologiya inkişaf etdirmə işi aparıb. 2025-ci ilin sonu etibarilə 149 aktiv elmi-tədqiqat layihəsi və ümumilikdə 75 müqaviləli elmi-tədqiqat layihəsi mövcuddur.

2025-ci ildə ROKETSAN tərəfindən 3 faydalı model və 66 patent olmaqla ümumilikdə 69 milli müraciət həyata keçirilib. Bundan əlavə, 9 beynəlxalq patent müraciəti edilib və 94 ixtira bildirişi alınaraq bu günə qədər ən yüksək göstəriciyə çatılıb.

Həmçinin ROKETSAN, Türkiyə Patent qurumunun açıqladığı məlumatlara görə 2025-ci ildə müdafiə sənayesi sektorunda yerli patent və faydalı model müraciətləri üzrə lider olub. Digər tərəfdən, 2025-ci ilin sonu etibarilə ROKETSAN-ın müqavilə həcmi təxminən 213 faiz artırılaraq 106 müqavilə və sifariş əmri imzalanıb və bununla şirkətin gələcək hədəflərinə yönəlik mühüm nəticə əldə edilib. Ümumilikdə 170 müqaviləli layihə ilə şirkət fəaliyyətini davam etdirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ROKETSAN   Türkiyə  


Bizi "telegram"da izləyin