Ordu.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Onun sözlərinə görə, Ukraynanın, Avropanın, Macarıstanın və ABŞ-nin maraqlarına “bu müharibəni mümkün qədər tez başa çatdırmaq” uyğundur.
“Bu münaqişənin toxumları əslində döyüşlər başlamazdan xeyli əvvəl səpilib və onlar o vaxt səpilib ki, Avropa liderləri müəyyən enerji iqtisadiyyatına o qədər dərindən bağlanmağa qərar verdilər ki, Şərqdən gələn neft və təbii qazdan qopa biləcəklərini düşündülər. Bu, o zaman böyük səhv idi və indi də açıq şəkildə böyük səhvdir. Və insanlar, məsələn, mənim prezidentimi rusiyapərəst olmaqda ittiham edəndə bunu gülməli hesab edirəm”, - deyə Vens bildirib.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp Avropaya enerji və mayeləşdirilmiş təbii qaz tədarükündə kömək etmək üçün “dünyada hamıdan çox iş görüb” və bu da Rusiyanı zəiflədir.
“Çünki biz istəyirik ki, müttəfiqlərimiz və dostlarımız ağlabatan enerji siyasəti həyata keçirsinlər ki, onların istehlakçıları daha az pul ödəsinlər. Amma eyni zamanda, Allah eləməsin, münaqişə yaranarsa, onlar ehtiyac duyduqları enerji üçün başqa ölkəyə deyil, bizə arxalana bilsinlər. Buna görə də, mən gülməli hesab edirəm ki, çox vaxt bu və ya digər lideri rusiyapərəst olmaqda ittiham edənlər elə əvvəldən Avropanı enerji baxımından zəif iqtisadiyyatlara çevirən insanlardır”, - deyə Vens qeyd edib.
O əlavə edib ki, ABŞ “qırğınları dayandırmaq” və “Ukrayna və Rusiya ilə ticarətə qayıtmaq” istəyir.
Sevinc Əliyeva
Ordu.az