Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yüksəkvəzifəli rəsmiyə istinadən məlumat yayıb.
Agentliyin həmsöhbətinin sözlərinə görə, Tehranın ön şərtləri arasında zərbələrin dərhal dayandırılması, hücumların təkrarlanmayacağına dair zəmanətlər və dəymiş ziyanın ödənilməsi yer alır.
Rəsmi bildirib ki, Tehran yalnız müvəqqəti xarakter daşıyan hər hansı atəşkəsi rədd edir.
O əlavə edib ki, daimi sülh sazişi İrana Hörmüz boğazından keçən gəmilərdən gəminin növünə, yükünə və yaranmış şəraitə görə dəyişən ödənişlər tələb etmək imkanı verməlidir.
Sevinc Əliyeva
Ordu.az