Ordu.az xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.
O, bununla bağlı ümid etdiyini bildirib ki, danışıqlar bu vasitələrin tətbiqindən yayınmağa imkan verəcək.
“ABŞ böyük ölçüdə öz hərbi məqsədlərinə nail olub”, - deyə Vens Macarıstana səfəri zamanı jurnalistlərə bildirib və əlavə edib ki, ABŞ-nin müəyyən etdiyi müddətin, Qrinviç vaxtı ilə saat 00:00-ın başa çatmasından sonra “yaxın gələcəkdə çoxlu danışıqlar olacaq”.
“Onlar bilməlidirlər ki, bizim arsenalımızda hələlik tətbiq etməməyə qərar verdiyimiz vasitələr var. ABŞ prezidenti onları tətbiq etmək qərarına gələ bilər və əgər iranlılar davranışlarını dəyişməsələr, o, bu vasitələri tətbiq edəcək”, - deyə ABŞ-nin vitse-prezidenti bildirib.
Sevinc Əliyeva
Ordu.az