Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Tehran: Tehran-Məşhəd dəmir yolu xəttinə (Kalle-No, Rey) zərbə endirilib.
İsfahan: Kaşanda yerləşən Yəhya-Abad dəmir yolu körpüsünə hücum - 2 nəfər həlak olub, 3 nəfər yaralanıb.
Qum: Vilayətin qərb hissəsində yerləşən avtomobil yollarından birinə hücum - nəqliyyatın hərəkəti davam edir.
Əlborz: Kərəc dəmir yolu xətlərinə hücum edilib.
Zəncan: Zəncan-Miyanə marşrutu üzrə dəmir yolu körpüsünə zərbə endirilib.
Şərqi Azərbaycan: Təbriz-Tehran yolu və magistral müvəqqəti bağlanıb, hərəkət bərpa olunub.
“Qatarların hərəkəti dayandırılıb: Məşhəd, cənub və Zaqros dəmir yolu xətləri növbəti bildirişədək bağlanır”, - deyə kanal qeyd edib.
Sevinc Əliyeva
Ordu.az