“The New York Times”: İran ABŞ ilə danışıqları dayandırıb

2026/01/1767987960.jpg
Oxunub: 376     19:30     07 Aprel 2026    
İran ABŞ ilə danışıqları dayandırıb və Pakistana bildirib ki, artıq atəşkəs danışıqlarında iştirak etməyəcək.

Ordu.az xəbər verir ki, bu barədə “The New York Times” üç iranlı rəsmiyə istinadən məlumat yayıb.

Bundan əvvəl Reuters agentliyi yüksək vəzifəli məmura istinadən xəbər vermişdi ki, İran ABŞ ilə uzunmüddətli sülh üçün ilkin şərtlər irəli sürüb.

Mənbənin sözlərinə görə, Tehran tərəfindən irəli sürülən şərtlər arasında zərbələrin dərhal dayandırılması, hücumların təkrarlanmayacağına zəmanət və vurulan ziyanın kompensasiyası yer alır.

Rəsmi şəxs qeyd edib ki, Tehran yalnız müvəqqəti xarakter daşıyan hər hansı atəşkəs razılaşmasını rədd edir.

O əlavə edib ki, daimi sülh razılaşması İrana Hörmüz boğazından keçən gəmilər üçün ödəniş tələb etmək imkanı verməlidir və bu ödənişlər gəminin növündən, yükündən və mövcud şəraitdən asılı olaraq dəyişəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin