Ordu.az-ın məlumatına görə, bu barədə İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin bəyanatında qeyd olunub.
"Naxçıvana şübhəli PUA zərbəsi hadisəsindən, İran limanlarının və Xəzər dənizindəki kommersiya gəmiçiliyinin hədəfə alınmasından, habelə Xəzər üzərində mülki aviasiya təhlükəsizliyinin təhdid edilməsindən sonra, ABŞ və İsrail İranın Azərbaycan Respublikası ilə həmsərhəd bölgələrinə (Muğan düzü) hücum edib", - deyə bəyanatda vurğulanıb.
Diplomatik nümayəndəlik İsrailin müharibə coğrafiyasını Xəzər və Qafqaza genişləndirmək cəhdlərinə qarşı mübarizənin zəruri olduğunu bildirib.
Ordu.az