Ordu.az xəbər verir ki, bu barədə “Первый ближневосточный” teleqram kanalı yazıb.
Kanal Əhvaz körpüsündə milli bayraq tutan iranlıların toplaşdığı kadrları yayımlayıb.
“İnsanlar sözün həqiqi mənasında öz infrastrukturlarını qorumaq üçün canlı qalxan yaradırlar”, - deyə kanal yazıb.
Öz növbəsində, Mehr xəbər agentliyi tarixi Dezful körpüsündə və Təbriz elektrik stansiyasının yaxınlığında tələbələrin və adi vətəndaşların insan zənciri yaratdıqlarını əks etdirən kadrlar yayımlayıb.
Sevinc Əliyeva
Ordu.az