Vens Macarıstanda keçiriləcək parlament seçkilərində Orbanın qələbəsinə əmindir

2026/02/1770737979.jpg
Oxunub: 359     17:28     07 Aprel 2026    
ABŞ-nin Vitse-prezidenti Cey Di Vens Macarıstanın Baş naziri Viktor Orbanın parlament seçkilərinin nəticələrinə əsasən vəzifəsini qoruyub saxlayacağına əminliyini ifadə edib.

Ordu.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, o, bunu Budapeştdə Macarıstanın Baş naziri Viktor Orbanla birgə keçirdiyi mətbuat konfransında bəyan edib.

"Qələbəni Viktor Orban qazanacaq, buna və müsbət əməkdaşlığımızın davam etdiriləcəyinə əminəm", - Vens deyib.

Bununla yanaşı, ABŞ-nin Vitse-prezidenti seçkilərdə kimin qalib gəlməsindən asılı olmayaraq Macarıstan hakimiyyəti ilə əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vens   Macarıstan  


Bizi "telegram"da izləyin