Ordu.az xəbər verir ki, bu barədə “TRT Haber” televiziya kanalı polis mənbələrinə istinadən məlumat yayıb.
Hücum çərşənbə axşamı günü yerli vaxtla günorta saatlarına yaxın həyata keçirilib. Üç hücumçudan biri öldürülüb, ikisi yaralanıb. İki polis əməkdaşı da yüngül xəsarətlər alıb. Bu barədə daha əvvəl İstanbul valisi Davud Gül məlumat vermişdi.
Türkiyənin Daxili İşlər Nazirliyinin məlumatına görə, hücum edənlər Onur Ç., Enes Ç. və Yunus E. S. Türkiyə vətəndaşlarıdır. Onlar meqapolisin kənarında yerləşən İzmit şəhərindən kirayə götürülmüş avtomobillə İstanbula gəliblər. Terrorçulardan ikisi qardaşdır. NTV telekanalının məlumatına görə, hücum zamanı öldürülən şəxsin İŞİD terror qruplaşmasının üzvü olduğu müəyyən edilib. İstanbul Baş Prokurorluğu hücum faktı üzrə araşdırma aparır. Bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlək bəyan edib.
İsrailin baş konsulluğu Levent biznes rayonunda yerləşir. Burada iri şirkətlərin və bankların ofisləri də fəaliyyət göstərir. İstanbul valisinin bildirdiyinə görə, diplomatik nümayəndəlik son 2,5 il ərzində bağlı olub.
Sevinc Əliyeva
Ordu.az