Ordu.az xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.
Bu qərar İsrail ordusunun iranlıları dəmir yollarından uzaq durmağa çağırmasından sonra qəbul olunub.
“Mehr” agentliyi Xuzistan vilayətinin rəhbərinin müavininin və Məşhəd şəhərinin rəhbərinin sözlərini sitat gətirib. Onlar Məşhəd dəmir yolu vağzalının fəaliyyətinin və ölkənin cənubunda yerləşən bütün qatarların hərəkətinin dayandırıldığını bildiriblər. Hər iki rəsmi qeyd edib ki, qərar yalnız təhlükəsizlik mülahizələri əsasında qəbul olunub.
Sevinc Əliyeva
Ordu.az