İİKK müharibənin yeni mərhələsi barədə bəyanat verib, əvvəlkilərdən iki dəfə güclü raket qurğularından istifadə edəcəyini açıqlayıb

2026/03/1773941344.jpg
Oxunub: 400     17:51     07 Aprel 2026    
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun hava-kosmik qüvvələrinin komandanı, briqada generalı Macid Musəvi ABŞ-İsrail hərbi aqressiyasına qarşı İranın müdafiə mövqeyinin kəskin sərtləşdirildiyini elan edib.

Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

O bildirib ki, “hərbi əməliyyatların yeni mərhələsi” əvvəlkilərdən iki dəfə çox cavab zərbəsi endirməyə qadir olan iki raket qurğusunun yerləşdirilməsini əhatə edəcək.

Sosial şəbəkələrdə yayılan videoda briqada generalı Macid Musəvi “İranın hərbi strategiyasının son dərəcə mühüm və vacib mərhələsinin başlanğıcı”nı elan edib.

“Və indi yaxın vaxtlarda modernləşdirilmiş “Fateh” və “Xeybər-Şekan” raket qurğuları ilə müharibənin yeni mərhələsi. Əvvəlki bütün zərbələr ikiqat artırılacaq”, - deyə o bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İİKK   İran  


Bizi "telegram"da izləyin