Ordu.az xəbər verir ki, bunu Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Macid bin Məhəmməd əl-Ənsari bəyan edib.
“Hörmüz boğazı ilə bağlı müharibədən sonrakı istənilən razılaşma regionun heç bir tərəfini kənarda qoya bilməz və beynəlxalq təminatlarla möhkəmləndirilməlidir”, - deyə “Al Jazeera” telekanalı onun sözlərini sitat gətirib.
Diplomat vurğulayıb ki, “Hörmüz boğazından istifadə edən dövlətlər arasında konsensus formalaşmalıdır və tərəflərdən heç birinin öz şərtlərini diktə etməyə haqqı yoxdur”.
Sevinc Əliyeva
Ordu.az