Vens: “ABŞ İranda qarşısına qoyduğu hərbi məqsədlərə əsasən nail olub”

2026/02/1770737979.jpg
Oxunub: 363     17:46     07 Aprel 2026    
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Budapeştdə keçirilən mətbuat konfransı zamanı bildirib ki, ABŞ İranda qarşısına qoyduğu bütün hərbi vəzifələri yerinə yetirib və müharibə tezliklə başa çatacaq.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“ABŞ əsasən öz hərbi məqsədlərini həyata keçirib. Hələ də etmək istədiyimiz bəzi şeylər var. Məsələn, İranın silah istehsal etmək imkanları ilə bağlı bir qədər daha çox hərbi iş görə bilərdik. Lakin ABŞ-nin hərbi məqsədləri əsasən yerinə yetirilib. Bu o deməkdir ki, prezidentin [ABŞ prezidenti Donald Trampın] dediyi kimi, bu müharibə çox tezliklə başa çatacaq”, - deyə Vens bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vens   ABŞ  


Bizi "telegram"da izləyin