“İranla aktiv danışıqlar Trampın müəyyən etdiyi son tarixədək davam edəcək” - Vens

2026/04/1775556090.jpg
Oxunub: 369     17:44     07 Aprel 2026    
ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, İranla aktiv danışıqlar mərhələsi ABŞ prezidenti Donald Tramp tərəfindən müəyyən edilmiş razılaşma müddətinin sonuna qədər davam edəcək.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Bu müddətə qədər İranla çoxsaylı danışıqlar aparılmalıdır”, - deyə Vens Budapeştdə keçirilən mətbuat konfransında bildirib.

Daha əvvəl Tramp İranın yeni rəhbərliyindən təcili addımlar atmağı tələb etmiş, əks halda ölkənin körpülərini və elektrik stansiyalarını məhv edəcəyi ilə hədələmişdi. Bundan əlavə, Tramp İrana güclü zərbələr endirmək və ölkəni “daş dövrünə qaytarmaq” planlarından danışmışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vens   İran  


Bizi "telegram"da izləyin