Ərdoğan: "İstanbuldakı silahlı insidenti qətiyyətlə pisləyirəm"

2025/06/1750338846.jpg
Oxunub: 407     17:23     07 Aprel 2026    
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı silahlı insidenti pisləyib.

Ordu.az xəbər verir ki, o, bu barədə ROKETSAN istehsal obyektlərinin açılışı mərasimində deyib.

O qeyd edib ki, terrorun hər növü ilə Türkiyə mübarizəni qətiyyətlə davam etdirəcək:

"Təxribatlarla Türkiyənin təhlükəsizlik mühitinə zərər vurulmasına imkan verməyəcəyik".

Qeyd edək ki, İsrailin İstanbuldakı Baş Konsulluğunun qarşısında atışma baş verib, bir şübhəli öldürülüb, ikisi yaralı halda ələ keçirilib. Həmçinin 2 polis əməkdaşı xəsarət alıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Türkiyə  


Bizi "telegram"da izləyin