NYT: İran Pakistan vasitəsilə müharibənin dayandırılması üçün 10 maddədən ibarət plan təqdim edib

2026/03/1772716761.jpg
Oxunub: 446     10:54     07 Aprel 2026    
Bazar ertəsi İran ABŞ və İsraillə müharibəni dayandırmaq üçün 10 maddədən ibarət təklif təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

“The New York Times”ın məlumatına görə, plan danışıqlarda vasitəçi rolunu oynayan Pakistan vasitəsilə ötürülüb.

Təklifin bütün 10 maddəsi açıqlanmasa da, iki yüksək vəzifəli İran rəsmisinin sözlərinə görə, İran bundan sonra hücuma məruz qalmayacağına dair təminatlar, bütün sanksiyaların ləğvi və Livanda “Hizbullah”a qarşı İsrail zərbələrinin dayandırılmasını tələb edir.

Bunun müqabilində İran Hörmüz boğazının blokadasını aradan qaldırmağı və hər bir gəmidən 2 milyon dollar rüsum toplamağı öhdəsinə götürür, bu vəsait isə qarşı sahildə yerləşən Omanla bölüşdürüləcək.

Planın şərtlərinə görə, İran öz payını ABŞ və İsrailin zərbələri nəticəsində dağıdılmış infrastrukturun bərpasına yönəldəcək. Bu yanaşma birbaşa təzminat tələbinə alternativ kimi təqdim olunur.

İranın dövlət KİV-ləri dəqiqləşdirib ki, təqdim olunan təklifin mətni “atəşkəsi rədd edir” və “müharibənin tam dayandırılmasının zəruriliyini vurğulayır”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Pakistan  


Bizi "telegram"da izləyin