Tehranın Şəhriyar rayonunda ölənlərin sayı artıb

2026/04/1775233137.jpg
Oxunub: 342     10:28     07 Aprel 2026    
Ötən gecə ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumları fonunda İranın Tehran vilayətinin Şəhriyar rayonunda yaşayış massivində ölənlərin sayı 9 nəfərə yüksəlib.

Ordu.az-ın məlumatına görə, bunu İranın Şəhriyar rayonunun qubernatorunun müavini Əli Rəhimi yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, hərbi hava hücumları nəticəsində 15 nəfər yaralanıb. Eyni zamanda xilasetmə əməliyyatı davam etdirilməkdədir.

Rəhimi qeyd edib ki, hərbi hava hücumları güclü partlayışa səbəb olub. Buna görə, uçqunların təmizlənməsi xilasetmə əməkdaşları üçün çətniliklər yaradır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tehran   Şəhriyar  


Bizi "telegram"da izləyin