Ordu.az xəbər verir ki, bu barədə “Axios” ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisinə istinadən məlumat yayıb.
“Mənbənin sözlərinə görə, əgər prezident razılaşmanın əldə olunduğunu anlasa, o, ehtimal ki, zərbələri təxirə salacaq. Lakin qərar yalnız ona məxsusdur”, - deyə məlumatda qeyd olunub. Bununla yanaşı, Pentaqonun anonim rəsmisi ABŞ rəhbərliyinin İranla razılaşmanın müddətini uzatmaq imkanına şübhə ilə yanaşıb.
“Axios”un mənbələrinə görə, ABŞ prezidenti kabinet üzvləri arasında İran məsələsində ən aqressiv mövqeyə malikdir. Bununla yanaşı, ABŞ-nin vitse-prezidenti C.D. Vens, prezidentin xüsusi nümayəndəsi Stiv Uitkof və prezidentin kürəkəni Cared Kuşner hesab edirlər ki, mümkün olduğu təqdirdə o, Tehranla razılığa gəlməyə çalışmalıdır. Portalın məlumatına görə, Tehranın Vaşinqtonun atəşkəs təklifinə reaksiyası Ağ Ev tərəfindən “rədd cavabı kimi deyil, danışıqlar manevri kimi” qiymətləndirilib.
Sevinc Əliyeva
Ordu.az