Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bununla yanaşı, Dövlət Departamenti, görünür, ölkənin yüksək səviyyəli diplomatlarını süzgəcdən keçirmək və siyasiləşdirmək niyyətindədir.
Dünyadakı 195 səfir vəzifəsindən martın əvvəlinə olan məlumata görə 110-dan çoxu, o cümlədən ABŞ-nin maraqları üçün ən vacib ölkələr olan Almaniya və Cənubi Koreyadadakı səfir vəzifələri boş qalıb.
Bu boş yerlərdən təxminən üç onluğu administrasiyanın ötən ilin sonunda bir çox peşəkar diplomatları qəfil geri çağırması nəticəsində yaranıb. Ənənəvi olaraq səfir vəzifələrinin təxminən 65%-i peşəkar diplomatlara verilirdi, qalanları isə siyasi səbəblərlə təyin olunurdu. İndi bu nisbət dəyişib. Trampın ikinci müddətində təyin etdiyi 75 səfirdən yalnız altısının peşəkar diplomatik hazırlığı var.
Tramp administrasiyası peşəkar diplomatları geri çağıraraq onları siyasi təyinatlı şəxslərlə əvəz edib və bununla da ənənəvi nisbəti pozub.
Sevinc Əliyeva
Ordu.az