ABŞ-nin prezidenti Donald Tramp bildirib ki, Venesuelanın prezidenti olmaq istəyir. O, müttəfiqləri tənqid edib.
Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“Bunu bitirdikdən sonra Venesuelaya gedə bilərəm, tez ispan dilini öyrənərəm və prezident vəzifəsinə namizədliyimi irəli sürərəm”, - deyə Tramp bildirib.
Tramp izah edib ki, NATO ilə fikir ayrılıqları Qrenlandiya məsələsinə görə başlayıb.
“Biz Qrenlandiyanı istəyirik, onlar isə onu bizə vermək istəmirlər və mən dedim ki, ‘əlvida’”, - deyə o əlavə edib.
Tramp eyni zamanda Cənubi Koreya, Avstraliya və Yaponiyadan da şikayətlənib.
“Cənubi Koreya bizə kömək etməyib. Avstraliya bizə kömək etməyib. Yaponiya bizə kömək etməyib. Bizim Yaponiyada 50 min, Cənubi Koreyada isə 45 min əsgərimiz var ki, onları Kim Çen Indan qoruyaq, halbuki onunla çox yaxşı münasibətlərim var”, - deyə Tramp vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az