Ordu.az-ın "As-Sumaria" telekanalına istinadən məlumatına görə, bu barədə düşərgə rəhbərliyi xəbər verib.
Açıqlamaya görə, Əl-Holdakı təcrid olunmuş əraziyə giriş və ya yaxınlaşmaq hər bir halda qadağandır. Qeyd olunur ki, hər hansı pozuntu dərhal həbs də daxil olmaqla, ciddi şəkildə cəzalandırılacaq.
Vurğulanır ki, bu qərar düşərgənin yeni rəhbərliyi tərəfindən həm Əl-Holun özündə, həm də ətraf ərazidə təhlükəsizlik nəzarətini gücləndirmək, eləcə də Haseke əyaləti yaxınlığında, İraqda yerləşən radikal hərbi qrupların fəaliyyətinin kəskin artması fonunda qəbul edilib.
Ordu.az