NASA: Astronavtlar Aya maksimum dərəcədə yaxınlaşıblar

2026/04/1775531523.jpg
Oxunub: 461     00:18     07 Aprel 2026    
"Artemida II" missiyasının astronavtları Şərq vaxtı ilə saat 1:56-da (17:56 UTC) Yerdən uzaqlıq rekordunu üstələyiblər.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) "X" sosial şəbəkə hesabında məlumat yayıb.

"Artemida II" missiyasının astronavtları Şərq vaxtı ilə saat 1:56-da (17:56 UTC) Yerdən uzaqlıq rekordunu üstələyiblər", - məlumatda bildirilib və əlavə edilib ki, bu rekord daha öncə astronavtların Yerdən 248 655 mil məsafədə uçduğu "Apollon-13" missiyası zamanı qeydə alınıb:

"Artemida II" missiyası Ayın arxa tərəfini müşahidə etməyə hazırlaşdığı üçün "Orion" kosmik gəmisinin pəncərələrində Ay böyüməyə davam edir. Astronavtların Şərq vaxtı ilə təxminən saat 19:02-də (23:02 UTC) Aya maksimum dərəcədə yaxınlaşacaqları gözlənilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NASA   Ay  


Bizi "telegram"da izləyin