Tramp: "Hörmüz boğazında gəmiçiliyin bərpası prioritetdir"

2026/04/1775390624.jpg
Oxunub: 487     00:01     07 Aprel 2026    
Hörmüz boğazında normal gəmiçiliyin bərpası ABŞ-nin əsas prioritetlərindən biridir.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ evdə jurnalistlər qarşısında çıxış edərkən bildirib.

"Mən deyərdim ki, bu, çox böyük prioritetdir, çünki bu, bir qədər fərqlidir - biz onları istədiyimiz kimi bombalaya, sarsıdıcı zərbə endirə bilərik. Amma boğazı bağlamaq üçün bir terrorçu kifayətdir - çünki dəniz minalarını böyük yük maşınlarında daşımaq mümkündür - onu suya atır və indi milyard dollar dəyərində gəmi sahiblərini minalar barədə narahat olmamağa inandırmağa çalış", - o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Hörmüz  


Bizi "telegram"da izləyin