Ataqulıyev Azərbaycana TDT iclasının yüksək səviyyədə təşkilinə görə minnətdarlıq bildirib

2026/04/1775119618.jpg
Oxunub: 332     12:32     02 Aprel 2026    
Türkmənistan Azərbaycana Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının iclasının yüksək səviyyədə təşkilinə görə minnətdarlığını ifadə edib.

Ordu.az-ın məlumatına görə, bu barədə Türkmənistan Nazirlər Kabineti Sədrinin müavini Nökərqulu Ataqulıyev Bakıda TDT-yə üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşündə çıxışı zamanı deyib.

"Biz Azərbaycan tərəfinə və TDT Katibliyinə bu iclasın yüksək səviyyədə keçirilməsi üçün yaradılmış əla şəraitə, həmçinin göstərilən qonaqpərvərliyə görə səmimi minnətdarlığımızı bildiririk", - N.Ataqulıyev qeyd edib.

Onun sözlərinə görə, bugünkü görüş türk dövlətləri arasında çoxtərəfli münasibətlərin inkişafına yeni impuls verəcək, qarşılıqlı etimadı möhkəmləndirəcək və əməkdaşlığı daha yüksək səviyyəyə qaldıracaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   TDT  


Bizi "telegram"da izləyin