Bektenov: "Qazaxıstanda keçiriləcək TDT sammiti texnoloji əməkdaşlığın katalizatoruna çevriləcək"

2026/04/1775118091.jpg
Oxunub: 379     11:54     02 Aprel 2026    
Bu il Qazaxıstanda keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi sammiti süni intellekt və rəqəmsal texnologiyaların inkişafına həsr olunacaq.

Ordu.az-ın məlumatına görə, bu barədə Qazaxıstanın Baş naziri Oljas Bektenov Bakıda TDT-yə üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşündə çıxışı zamanı deyib.

"Yaxın vaxtlarda Qazaxıstanda TDT-nin süni intellekt və rəqəmsal texnologiyaların inkişafına həsr olunmuş qeyri-rəsmi sammitinin keçirilməsi planlaşdırılır", - hökumət başçısı bildirib.

Onun sözlərinə görə, sammit TDT çərçivəsində rəqəmsal transformasiyaya yeni impuls verəcək və strateji texnoloji əməkdaşlığın mühüm katalizatoruna çevriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bektenov   Qazaxıstan  


Bizi "telegram"da izləyin