Overçuk rus biznesinin Ermənistanla münasibətlərdə ehtiyatlı davranmasını Aİ amili ilə izah edib

2025/06/1751136534.jpg
Oxunub: 468     23:20     01 Aprel 2026    
“Rusiya şirkətləri Ermənistanla biznes əlaqələrində ehtiyatlı davranır və bunun səbəbi ölkənin Avropa İttifaqına mümkün üzvlüyü ilə bağlı müzakirələrdir”.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk Birinci kanalın efirində bildirib.

“Mən dəfələrlə erməni tərəfdaşlara bildirmişəm ki, biznes strukturları Ermənistanla işləməkdə çox ehtiyatlıdır, çünki Avropa İttifaqına üzvlüklə bağlı müzakirələr gedir. Biz 2025-ci ilin nəticələrini yekunlaşdırmışıq və gəlirlərimiz 12 milyard dollardan 6,4 milyard dollara düşüb. Yəni, Ermənistanda Aİ ilə bağlı danışanların təkcə bəyanatları belə Ermənistan və Rusiyanın birlikdə 5 milyard dollardan çox itirməsinə səbəb olub”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Overçuk   Ermənistan  


Bizi "telegram"da izləyin