“Paşinyanı Moskvada görməyə şadıq” - Putin

2026/03/1774607754.jpg
Oxunub: 425     21:32     01 Aprel 2026    
Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanı Moskvada görməkdən məmnun olduqlarını bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

“Əziz dostlar, sizi Moskvada görməyə çox şadıq”, - deyə Putin Rusiya-Ermənistan danışıqları zamanı bildirib.

O, Rusiyaya səfər dəvətini qəbul etdiyinə görə Paşinyana təşəkkür edib.

Nikol Paşinyan isə iki ölkə arasında açıq və etibarlı münasibətlərə görə prezident Putinə təşəkkürünü bildirib. “Rusiya Federasiyası ilə münasibətlərimiz və şəxsi əlaqələrimiz son bir neçə ildə bir çox sınaqlardan keçib. Mən çox şadam və ilk növbədə sizin yaratdığınız etimad mühitinə görə bir daha təşəkkür etmək istəyirəm”, - deyə Paşinyan Putinə müraciətlə bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Paşinyan  


Bizi "telegram"da izləyin