Bürgenştokda ABŞ və İran arasında danışıqlar bütün gecə davam edib

2026/06/1782120559.jpg
Oxunub: 185     13:27     22 İyun 2026    
Bürgenştokda ABŞ, İran və vasitəçilər arasında ABŞ-İran anlaşma memorandumunun icrasına yönəlmiş intensiv danışıqlar bütün gecə boyu davam edib.

Ordu.az xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Bəyanatda qeyd olunur ki, İsveçrə tərəfi 2026-cı il iyunun 21-dən 22-nə keçən gecə Bürgenştokda vasitəçilər, İran və ABŞ nümayəndələri arasında aparılan intensiv diplomatik danışıqlarda əldə olunan konstruktiv irəliləyişi alqışlayır.

Sənəddə vurğulanır ki, danışıqların gedişində müəyyən müsbət nəticələr əldə olunub və tərəflər arasında dialoqun davam etdirilməsi üçün zəmin formalaşıb.

Bern bir daha bu prosesə dəstək verməyə hazır olduğunu bəyan edib və vasitəçilik missiyası sahəsindəki ənənələrinə sadiq qaldığını bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin