Paşinyan birgə işgüzar nahara görə Putinə “əvvəlcədən” təşəkkür edib

2025/12/1766226918.jpg
Oxunub: 414     21:28     01 Aprel 2026    
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə işgüzar nahara görə əvvəlcədən təşəkkür edib və bunun “öncədən” təşəkkür olduğunu zarafatla qeyd edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

“İndi birlikdə nahar etməyə gedəcəyik”, - deyə Putin qeyd edib.

“Doğrudanmı? Qonaqpərvərliyə görə təşəkkür edirəm. Əvvəlcədən”, - deyə Paşinyan gülümsəyərək əlavə edib.

Çərşənbə günü Putin Kremldə işgüzar səfərlə Rusiyada olan Paşinyanı qəbul edib. Görüş zamanı Ermənistanın baş naziri dəvətə və səmimi qəbula görə Rusiya liderinə təşəkkür edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Putin  


Bizi "telegram"da izləyin