Ordu.az xəbər verir ki, Putin bunu Ermənistanın baş naziri Nikol Paşinyanla görüş zamanı deyib.
Putinin sözlərinə görə, Rusiya Ermənistanın Aİ ilə münasibətlərinin inkişafına sakit yanaşır, lakin İrəvan eyni vaxtda iki gömrük ittifaqında ola bilməz.
“Nə vaxtsa, bəlkə illər sonra, AİB və Avropa İttifaqı… ümid edirəm ki, bu baş verəcək, axı biz eyni qitədə yaşayırıq, vəziyyəti tənzimləyə biləcəyik. Lakin hətta Ukrayna böhranından əvvəl də biz avropalılarla birgə işləmək barədə razılığa gəlməyə çalışanda heç nə alınmadı. Onlar, məncə, praktiki olaraq hər bir məsələdə, hətta ən xırda məsələlərdə belə çox sərt mövqe tuturlar”, - deyə Rusiya lideri vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az