Hakan Fidanla Abbas Əraqçi İrana hücumların nəticələrini müzakirə ediblər

2026/03/1774901229.jpg
Oxunub: 468     23:47     30 Mart 2026    
Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı olub.

Ordu.az xəbər verir ki, Abbas Əraqçi bu barədə özünün "Telegram" kanalında məlumat yayıb.

Qeyd olunub ki, diplomatlar ABŞ ilə İsrailin İrana hücumlarının nəticələrini müzakirə ediblər.

Bildirilib ki, söhbət əsnasında regionda cərəyan edən son hadisələr ətrafında fikir mübadiləsi aparılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fidan   Əraqçi  


Bizi "telegram"da izləyin