İsrail İranla müharibədə bütün məqsədlərinə çatmağa yaxın olduğunu bildirib

2026/03/1774899291.jpg
Oxunub: 509     23:33     30 Mart 2026    
İsrail mediası, xüsusilə “Kan 11” televiziya kanalı martın 30-u axşam təhlükəsizlik mənbəsinə istinadən bildirib ki, İsrail İranla müharibədə bütün məqsədlərinə çatmağa yaxındır.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Mənbənin sözlərinə görə, İsrail hazırda “əldə olunan nəticələri möhkəmləndirməyə” fokuslanıb ki, bu da prezident Trampa İrana təzyiq göstərərək razılaşma əldə etməyə, o cümlədən nüvə proqramı ilə bağlı imkan versin.

“Channel 11”in jurnalisti İtay Blumental həmçinin bildirib ki, ABŞ qurudan əməliyyata hazırlaşarkən, İsrail Müdafiə Ordusunun hərbi kəşfiyyatı amerikalılara Hörmüz boğazı və Xarq adası haqqında məlumat təqdim edir. Bu isə ABŞ-yə, danışıqlar uğursuz olacağı halda, ehtimal ki, xüsusi təyinatlı qüvvələrin iştirakı ilə əməliyyat həyata keçirməyə imkan verir.

Martın 30-da “Ynet”in yüksək vəzifəli mənbəyə istinadən verdiyi məlumata görə, İsrail ABŞ hökumətinə aydınlaşdırıb ki, Vaşinqtonun İranla müharibə ilə bağlı qəbul edəcəyi istənilən qərarı qəbul edəcək. Mənbə qeyd edib ki, bu dəfə ABŞ prezidentinin İsraili artıq İrana doğru hərəkət edən təyyarələri geri qaytarmağa məcbur etdiyi iyun müharibəsi ssenarisi təkrarlanmayacaq:

“Bu belə deyil. Tramp qərar qəbul edən kimi biz də müvafiq şəkildə hərəkət edəcəyik. Həmin vaxta qədər isə hədəf ehtiyatlarını tükətməyə çalışırıq”.

Eyni zamanda təhlükəsizlik mənbəyi bildirib ki, raket hücumları üçün hərbi həll yolu yoxdur. O əlavə edib ki, İran hərbi və iqtisadi məğlubiyyətə uğradıqda hərbi kampaniyanı dayandıracaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


Bizi "telegram"da izləyin