İran MQ-9 PUA-sını vurub, radarı və bölgədə gizli obyektləri məhv edib

2026/03/Ekran-1772784273.jpg
Oxunub: 488     23:25     30 Mart 2026    
İran İslam İnqilabı Keşikçiləri Korpusunun yeni qabaqcıl hava hücumundan müdafiə sistemləri İsfahan səmasında MQ-9 pilotsuz uçuş aparatını aşkar edərək məhv edib.

Ordu.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Qeyd edilib ki, ABŞ mülkiyyətində olan, Səudiyyə Ərəbistanının Dejaran bölgəsinin sahilində yerləşən F-16 qırıcılarının yönləndirilməsi üçün istifadə edilən erkən xəbərdarlıq radarına dəqiq zərbə endirilib.

Bildirilib ki, Bəhreynin əsas qarnizonunun qarşısında yerləşən ABŞ Beşinci Donanmasının komandirlərinin gizli iqamətgahına komandirlərin görüşü zamanı pilotsuz uçuş aparatı ilə dəqiq zərbə endirilib. Zərbədən sonra hadisə yerində təcili yardım avtomobillərinin hərəkəti müşahidə olunub.

“Mehr” agentliyinin məlumatına görə, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin “Manhad” aviabazasının qarşısında yerləşən ABŞ-nin gizli hərbi komanda mərkəzinə də zərbə endirilib. Həmin gizli mərkəzdə 200-dən çox orta səviyyəli amerikalı zabitin yerləşdiyi bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   PUA  


Bizi "telegram"da izləyin