İran bu gün hansı hədəflərə zərbələr endirib?

2026/03/1773945728.jpg
Oxunub: 490     22:36     30 Mart 2026    
“Doğru vəd 4” əməliyyatının 87-ci dalğası zamanı müxtəlif ərazilərdə komanda mərkəzləri, pilotsuz uçuş aparatı bazaları, silah anbarları və hərbi sığınacaqlar məhv edilib. Onların arasında regionda yerləşən ABŞ-nin beş bazası və İsrailin cənub, mərkəz və şimal hissələrində yerləşən hərbi mərkəzlər (Hayfa, Kiryat Şmona, Təl-Əviv, Beer-Şeva, Dimona, Əl-Xarac, Cofar, Viktoriya və s.) də var.

Ordu.az xəbər verir ki, bu barədə “Nour News” məlumat yayıb.

Zərbələr zamanı “Emad”, “Qiyam” və “Xorrəmşəhr-4” maye və bərk yanacaqlı ballistik raketlərdən, həmçinin kamikadze tipli pilotsuz uçuş aparatlarından istifadə olunub.

“Mürəkkəb, fasiləsiz və çoxmərhələli bu əməliyyat dünən axşam başlayıb və hələ də davam edir.

Küveytdə duzsuzlaşdırma obyektlərinə İsrail ordusunun endirdiyi qanunsuz zərbə iyrənc davranışın təzahürüdür. İnqilab Keşikçiləri Korpusu bu hərəkəti pisləyir.

Yaxın Şərq ölkələri regionu sabitsizləşdirməyə və məhv etməyə yönəlmiş ABŞ və İsrail təxribatının təhlükəsini dərk etməlidirlər”, - deyə məlumatda qeyd edilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   İsrail  


Bizi "telegram"da izləyin