Ordu.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Biz şadıq ki, neft məhsullarının həmin partiyası artıq adaya çatıb”, - deyə o, jurnalistlərə açıqlamasında qeyd edib.
Kremlin rəsmi nümayəndəsindən soruşulub ki, tankerə Kubaya çatmaq icazəsi Moskva ilə Vaşinqton arasında aparılan danışıqların, o cümlədən ən yüksək səviyyədə keçirilən müzakirələrin nəticəsidirmi?
“Amerika tərəfinə gəlincə, yalnız onu təsdiqləyə bilərəm ki, bu məsələ amerikalı tərəfdaşlarımızla təmaslar zamanı əvvəlcədən qaldırılıb”, - deyə Peskov cavab verib.
O qeyd edib ki, sərt blokada şəraitində Kubaya elektrik enerjisi istehsalı, səhiyyə sisteminin təmin edilməsi və əhaliyə digər xidmətlərin göstərilməsi üçün neft və neft məhsulları lazımdır.
“Şübhəsiz ki, Rusiya kənarda qalmamağı və kubalı dostlarımıza zəruri yardım göstərməyi öz borcu hesab edir”, - deyə Peskov əlavə edib.
Rusiya Nəqliyyat Nazirliyi bundan əvvəl bazar ertəsi günü bildirmişdi ki, 100 min ton humanitar neft daşıyan rus tankeri Kubaya çatıb. Gəmi Matansas limanında boşaldılmanı gözləyir.
Sevinc Əliyeva
Ordu.az