Ordu.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Şirkət qeyd edib ki, tədqiqat və inkişaf komandaları yer robotları da daxil olmaqla müxtəlif variantları sınaqdan keçirir. Layihə hələlik araşdırma mərhələsindədir.
Məlumata görə, şirkət John Cockerill ilə əməkdaşlıq edir. Bu qrup Fransanın əsas hərbi texnika təchizatçısı olan “Arquus” şirkətinə sahibdir.
Bildirilir ki, prototip kiçik avtomobil ölçüsündə olacaq və iyun ayında keçiriləcək “Eurosatory” beynəlxalq sərgisində təqdim edilə bilər. Platforma döyüş meydanında kəşfiyyat üçün nəzərdə tutulub və bir neçə asma kamera ilə təchiz olunmuş Ay roverinə bənzəyir.
Son illərdə həm hava, həm də yerüstü insansız sistemlər müharibənin xarakterini ciddi şəkildə dəyişib.
Sevinc Əliyeva
Ordu.az