NATO Türkiyəyə doğru atılan İran raketinin vurulduğunu təsdiqləyib

2026/03/1773903335.jpg
Oxunub: 441     20:57     30 Mart 2026    
NATO Türkiyəyə doğru buraxılan İran ballistik raketini yenidən uğurla ələ keçirib.

Ordu.az-ın məlumatına görə, bu barədə NATO-nun mətbuat katibi Ellison Hart "X" sosial şəbəkəsində yazıb.

"30 mart, bazar ertəsi günü NATO yenidən Türkiyəyə yönəlmiş İran ballistik raketini uğurla ələ keçirib. NATO bu cür təhdidlərə hazırdır və bütün müttəfiqlərini qorumaq üçün həmişə lazım olanı edəcək", - deyə o bildirib.

Qeyd edək ki, bundan əvvəl Türkiyənin Milli Müdafiə Nazirliyi İrandan atılan və Türkiyə hava məkanına daxil olan ballistik raketin Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava hücumundan müdafiə və raketdən müdafiə sistemləri tərəfindən uğurla zərərsizləşdirildiyini bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Türkiyə  


Bizi "telegram"da izləyin